ABŞ tərəfi kimi, Rusiya tərəfi də prezidentlər Vladimir Putinlə Co Baydenin görüşü ilə bağlı yaxın gələcəkdə razılaşma əldə ediləcəyinə ümidlidir.
APress.az xatırladır ki, az əvvəl ABŞ dövlət katibi Entoni Blinken görüş barədə danışmışdı. O, görüşün yaxın həftələrdə baş tutacağını qeyd etmişdi. Bundan əvvəl isə Politico kanallarında iki liderin görüş yerinə ehtimal olunan “namizədlər” haqqında məlumat da verilmişdi.
Yeni təfərrüatları mətbuata Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov təqdim edib.
“Sözsgedən görüşə rəsmi razılıq verməyimizə əngəl olan yeganə məsələ ABŞ-ın açıqlamaları ilə praktik hərəkətlərinin nə dərəcədə uzlaşdığını tam təhlil etməməyimizdir.
Amma düşünürəm ki, yaxın gələcəkdə sözügedən təhlili başa çatdıracağıq və çox güman ki, hansısa razılaşmalar əldə ediləcək və bu barədə müvafiq rəsmi açıqlama veriləcək”,- deyə Ryabkov bildirib.
Sfera.az