Putin haqda danışan Bayden çətin duruma düşdü: Bağışlayın…backend
Dünya
343

Putin haqda danışan Bayden çətin duruma düşdü: Bağışlayın…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Bayden Rusiyayla əlaqədar çıxışında yenə çətin vəziyyətdə qalıb və “eskalasiya” sözünü tələffüz edə bilməyib.

APress.az Teleqraf.com-a istinadla xəbər verir ki, Amerika liderinin çıxışı “ABC News” tərəfindən yayımlanıb.

“Bunun bir çoxunuzu narahat etdiyini bilirəm, ancaq Putinə esk, esk, esk… istəmədiyimizi açıq şəkildə bildirdim – bağışlayın – eskalasiya”, – Bayden qeyd edib.

ABŞ Prezidenti bundan əvvəl ölkələr arasındakı münasibətlərə dair çıxışı zamanı da, Rusiya lideri Vladimir Putinin adını tələffüz edə bilməyib. ABŞ başçısı Rusiya liderini “Prezident Klutin” adlandırıb.