Putin TƏCİLİ GÖSTƏRİŞ VERDİbackend
Dünya
259

Putin TƏCİLİ GÖSTƏRİŞ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin bu gün Kazan şəhərindəki məktəbdə baş vermiş atışma ilə bağlı göstəriş verib.

APress.az xəbər verir ki, Kazandakı terror hadisəsindən sonra Rusiya Prezidenti Vladimir Putin Milli Qvardiyanın başçısı Viktor Zolotova silahların mülki dövriyyəsi ilə bağlı yeni bir tənzimləmə hazırlanması barədə təlimat verib.

“Fakt budur ki, bəzən avtomat kimi atıcı silah növləri bəzi ölkələrdə ov silahı kimi qeydə alınır və s. Bununla bağlı təcli olaraq Rusiya Qvardiyası tənzimləmə proqramı hazırlamalıdır”, – Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

V.Putin həmçinin terror qurbanlarının ailələrinə başsağlığı verib və yaralılara lazımi bütün köməyi göstərməyi əmr edib.

Qeyd edək ki, bununla bağlı Federasiyada matəm günü elan edilib.

Publika.az