Rusiya Prezidenti Vladimir Putin miqrantların hüquqi vəziyyətinin nizamlanması ilə bağlı müvəqqəti tədbirlərin görülməsi haqqında fərman imzalayıb.
APress.az bildirir ki, fərmana əsasən əcnəbilərin Rusiya ərazisində qalma müddəti 30 sentyabr 2021-ci il tarixinədək uzadılıb.
Fərmana görə, sentyabrın 30-dək ölkə qanunlarını pozmayan əcnəbilər deportasiya olunmayacaqlar. Miqrantlardan həmin tarixədək Rusiya ərazisində qanuni yaşamaqla bağlı sənədlərini qaydaya salmaq tələb olunur.
Rusiya ölkədə qalma müddəti bitən əcnəbilərə iyunun 15-dək Rusiya Federasiyası ərazisini tərk etmək barədə xəbərdarlıq etmişdi.
Bu gün isə ölkədə koronavirusla bağlı vəziyyətin yenidən gərginləşməsi ilə bağlı Rusiya prezidenti tərəfindən COVID-19 infeksiyasının yayılmasının nəticələrini aradan qaldırılması dövründə miqrantların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyətinin nizamlanması ilə bağlı müvəqqəti tədbirlərin görülməsi haqqında fərman imzalanıb.
(apa)