Putinin 2036-cı ilə qədər vəzifəsində qalmasına icazə verən qanun qəbul edilib.
APress.az Sfera.az-a xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin 2036-cı ilə qədər vəzifədə qalmasına imkan verən qanunu təsdiqləyib.
Müxalifətin tənqidlərinə baxmayaraq qəbul edilən qanuna görə Rusiya lideri seçiləcəyi təqdirdə 2024-cü ildən etibarən yenidən namizəd ola biləcək və 2036-cı ilədək növbəti iki müddətlik prezident vəzifəsini davam etdirəcək.
Rusiya parlamentinin alt qanadı Dumada səsə qoyulan qanun layihəsinə təklif olunan dəyişiklik 380 millət vəkilinin səsi ilə qəbul edilib.
Qeyd edək ki, Vladimir Putin 2000-ci ildə prezident seçilib. Mövcud konstitusiyaya əsasən Putinin səlahiyyət müddəti 2024-cü ildə başa çatır.