Rusiya prezidenti Vladimir Putinin böyük diqqət ayırdığı Arktika bölgəsində çəkilən görüntülər dünya mediasının gündəmini zəbt edib.
APress.az xəbər verir ki, Rusiyanın Arktika bölgəsində hərbi fəaliyyətini genişləndirdiyinə dair görüntülər yayılıb. Məlumata görə, Rusiya bölgədə yeni hərbi obyektlər inşa edib. “Daily Mail” qəzetinin məlumatına görə, Moskva Arktikadakı təsislərinə əlavə müşahidə və hava hücumundan müdafiə sistemləri yerləşdirib.
Qeyd edək ki, son vaxtlar Şimal qütbünə diqqət artıb. ABŞ, Danimarka, Kanada, Norveç və Rusiya Arktikada ciddi fəaliyyət həyata keçirir. İki həftə əvvəl Rusiya bölgədə irimiqyaslı hərbi təlimlər həyata keçirmişdi.
Metbuat.az