Rusiya prezidenti Vladimir Putin Xəzər dənizindəki döyüş gəmiləri və xilasetmə qayıqlarının Qara dənizə göndərilməsi ilə bağlı göstəriş verib.
APress.az bildirir ki, rəsmi açıqlamaya görə, bu addım qış təlimləri üçün atılıb. Bununla yanaşı, tanklar, raketlər, hava hücumundan müdafiə sistemləri və 100 min əsgərdən ibarət qoşun da təlimlərdə iştirak edəcək.
ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmisi “CNN International”a açıqlamasında rəsmi Vaşinqtonun Ukraynaya dəstək məqsədilə yaxın həftələr ərzində Qara dənizə hərbi gəmilər göndərməyi planlaşdırdığını söyləyib. Adı açıqlanmayan Pentaqon rəsmisi Rusiyanın Ukraynanın şərq sərhədindəki hərbi qüvvə ehtiyatını artırdığını diqqətlə izlədiklərini qeyd edib.
Onun sözlərinə görə, ABŞ təyyarələri Qara dəniz üzərindəki beynəlxalq hava məkanında kəşfiyyat uçuşları həyata keçirirlər:
“Rusiyanın bu həmləsi əməliyyata başlamaq təəssüratı yaratmır, amma şərtlər dəyişsə, biz cavab verməyə hazır olacağıq”.
Rusiya Müdafiə Nazirliyinə yaxınlığı ilə tanınan “Avia.pro” saytı ABŞ hərbi təyyarələrinin Ukraynaya eniş etdiyini, Rusiyanın isə HIMARS taktiki raketlərini bölgəyə gətirdiyini yazıb. Xəbərdə uzaqmənzilli raketlərin Krım və Donbas bölgələrinə nəql edilə biləcəyi iddia edilib.
Redaktor.az