17 iyun saat 00:00-a qədər Cenevrə səmalarında dronların buraxılması qadağan olunacaq və iyunun 16-sı isə pilotlu təyyarələrin uçuşlarına da məhdudiyyət qoyulacaq.
Cenevrə hökumətinin qərarına əsasən, pilotsuz uçuş aparatlarının uçuşlarına qoyulan qadağa Cenevrə kantonunun bütün ərazilərinə şamil edilir.
Polis qadağaya əməl etməyən şəxslərdən cihazların müsadirə olunacağını açıqlayıb.
İsveçrə səlahiyyətliləri ABŞ-Rusiya sammiti ilə əlaqədar məhdudlaşdırıcı tədbirləri tədricən tətbiq etməyə başlayıblar. İyunun 8-dən etibarən zirvənin keçiriləcəyi La – Qranj ətrafında maşın saxlamaq qadağandır. Parkın girişi bağlıdır, ətraf əraziləri isə metal tikanlı məftillərlə əhatə olunub.
İyunun 15-dən etibarən təhlükəsizlik tədbirləri daha da gücləndiriləcək. Federal hökumətin qərarına görə, İsveçrə Hərbi Hava Qüvvələri hava polisi funksiyasını yerinə yetirəcək və Cenevrə üzərindəki səmalarda patrul aparacaq. Məhdudiyyətlər yerli vaxtla 15 iyun saat 08:00-dan 17 iyun 08:00-dək qüvvədə olacaq. // “TASS”