Qadın müştərilər taksi sürücüsünü öldürdülərbackend
Cəmiyyət
208

Qadın müştərilər taksi sürücüsünü öldürdülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın paytaxtı Vaşinqtonda taksi sürücüsü müştərilər tərəfindən öldürülüb.  

APress.az xəbər verir ki, pakistanlı Məhəmməd Ənvəri taksiyə iki qadın mindirib.  Ərazidən uzaqlaşdıqdan sonra qadınlardan biri silahla sürücüyə hədə-qorxu gələrək maşını tərk etməyi əmr edib.  Bu zaman sürücü ilə qadınlar arasında mübahisə  yaranıb.  Silahlı qadın pakistanlını başından vuraraq qətlə yetirib. Maşın işıq dirəyinə çırpılıb. Qadınlar hadisə  yerini tərk ediblər.

Vaşinqton polisi qadınların izinə düşüb. Onlar qısa zamanda saxlanılıb. Cinayəti etiraf edən qadınlar  sürücüdən pul ala bilməyincə öldürdüklərini bildiriblər.

Unikal.org