Türkiyədə yaşayan N.Ç adlı 48 yaşlı qadın dələduzluğu ilə məhkəmə zalındakıları şoka salıb.
APress.az Milli.Az-a istinadla bildirir ki, illər əvvəl ərinə “beynimdə şiş tapılıb, başqa şəhərə müalicə olunmağa gedirəm” deyib ailəsini atıb gedən qadının başqa kişiylə yaşadığı məlum olub. O, bu müddət ərzində hər ay ərindən müalicə pulu alıb.
İllər sonra qadının böyük oğlu anasını axtarmaq üçün yola çıxdıqda öyrəndiklərindən şoka düşüb. Belə ki, o, anasının başqa kişiylə yaşadığını öyrənib.
Qadının əri gerçəkləri oğlundan öyrənib, arvadını məhkəməyə verib.