Qan laxtalanmasına səbəb olduğu deyilən yeni vaksinlə bağlı TƏBİB-dən AÇIQLAMAbackend
Cəmiyyət
249

Qan laxtalanmasına səbəb olduğu deyilən yeni vaksinlə bağlı TƏBİB-dən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, may ayının üçündən etibarən koronavirus əleyhinə “AstraZeneca” şirkətinə məxsus “Vaxzevria” vaksininin tətbiqinə başlanılıb.

“AstraZeneca” istehsalı olan vaksinin bəzi xarici ölkələrdə 50 yaşdan yuxarı insanlarda qan laxtalanması kimi əks təsirlər yaratdığı bildirilir.

Maraqlıdır, sözügedən vaksin bizdə necə, insanlarda hər hansısa əks göstərişlərin yaranması ilə nəticələnibmi?

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Sfera.az-ın sorğusuna cavab olaraq bildirib ki, “Vaxzevria” peyvəndi ilə bağlı əks göstəriş hələ ki, müşahidə edilməyib:

“Vaxzevria peyvəndinin istifadəsi Bakı şəhəri və 6 şəhərdə – Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Astrazeneca peyvəndinin tətbiqindən sonra yan təsirlərlə bağlı TƏBİB-ə müraciət daxil olmayıb”, – deyə qurum tərəfindən bildirilib.