Türkiyənin Kayseri şəhərində 3 yaşlı Alperen Ekincinin döyülüb öldürülməsinə ana Emel Öner və sevgilisi Harun Sezerin məhkəməsi davam edir.
APress.az sherq.az-a istinadən bildirir ki, keçən il iyunun 15-də baş verən hadisə zamanı H.Sezer 1 il yarım birlikdə yaşadığı E.Önerin oğlu A. Ekincini yumruq və təpik zərbələri ilə öldürüb.
Həbs olunan H.Sezer məhkəmə zamanı bunları qeyd edib:
“Bir parça divan örtüyü və pərdə aldıq, Alpereni kəfənlədik. Sonra da anası ilə birlikdə evdən 100 metr aralıdakı çuxurda basdırdıq”.
Məhkəmənin qərarı ilə cinayəti gizlədən ana və sevgilisi ömürlük həbs cəzasına məhkum edilib.