“Qara bayram”ın İslam dini ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur” – Elşad Miribackend
Cəmiyyət
711

“Qara bayram”ın İslam dini ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur” – Elşad Miri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adətən yaxınlarını itirən hər kəs ölkədə təmtəraqla qeyd edilən bayramlarda (məsələn, Novruz, Yeni il, Ramazan və.s) qəbirstanlığa gedirlər. “Qara bayram” deyilən bu günlərdə  onlar qəbrə şamlar düzür və ölən şəxsi yad edirlər.

Həmçinin buna oxşar müxtəlif adətlərimiz də mövcuddur. Məsələn, yas mərasimlərinə gedərkən qara geyinmək, 40 gün saqqal saxlamaq, toy və ya şad günlərdən kənar durmaq və.s.
Maraqlıdır, bütün bunların İslam dini ilə əlaqəsi varmı?
Bununla bağlı tanınmış ilahiyyatçı Elşad Miri Sfera.az-a açıqlamasında deyib ki, “Qara bayram”ın İslam dini ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur:
“Bir insan vəfat edəndən sonra gedib onun qəbri üzərində şam yandırmaq anlayışı mövcud deyil. Biz sadəcə o insanların günahlarının bağışlanması üçün Allaha dua edə bilərik.  Bayramın “qara” adlandırılması bir təzaddır, ziddiyyət təşkil edir. Belə bir şeyin olması absurddur, doğru deyil. Bir şeyi “qara” adlandırıb bunu hər hansı formada keçirilməyində İslamın heç bir tərəfi yoxdur”.
E.Miri qeyd edib ki, adətən insanlar təskinlik tapmaq üçün əyləncədən çəkinir, hüznlü anlarını qeyd edirlər:
“Amma yasda qara geymək İslamlıq məsələ deyil. Hindistanda yaxınları vəfat edən qadın başdan-ayağa ağ geyinir. Bunun dinlə əlaqəsi yoxdur. Sadəcə olaraq müəyyən yerlərdən asılı olaraq insanların vərdişləridir.
Lakin qara geyməklə biz nə edirik? Öz hüznümüzü başqasına da siraət etdirməyə çalışırıq? İnsan onsuzda bunu öz içində yaşayır. Bunu hansısa formada geyinməklə göstərməyin də əhəmiyyəti yoxdur.  Digər tərəfdən insanlar düşünür ki, sabah qırmızı geyib gəzsəm, məni qınayacaqlar, çünki bunun şadlıq üçün olduğu deyilir”.