“Qarabağ” – “Aşdod” matçının hakimləri açıqlandıbackend
294

“Qarabağ” – “Aşdod” matçının hakimləri açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” və İsrail “Aşdod”u arasındakı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün təyinatlar açıqlanıb.

 

APress.azU rəsmi saytına istinadən xəbər verir ki, görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.

 

Matçın referisi Kşiştof Yakubikə yan xətt hakimləri Arkadiuş Vuyçik və Tomaş Nemirovski köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Pyotr Lasik yerinə yetirəcək.

 

Qeyd edək ki, iyulun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Aşdod” oyunu saat 20:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra İsraildə olacaq.