“Ağlı olan qayınanasının öhdəsindən gəlir. Gələ bilməyən isə oturur kənarda. Qayınana ikinci ana deməkdir”.
APress.az xəbər verir ki, bu sözləri aparıcı Sərxan Kərəmoğlu sosial şəbəkədə yayımladığı videoda deyib. O, Əməkdar artist Mətanət İsgəndərli ilə video yayımlayaraq, gəlin-qayınana münasibətindən danışıb.
Sərxanın sözlərinə Mətanət “Mən də qayınanayam, bir də görürsən gəlin yaxşı çıxmır, nankor olur. Hər şey qarşılıqlı olmalıdır. Bəxtdən asılıdır. Qarşına nankor adam çıxmasın” cavabını verib.
Qeyd edək ki, Canana M. İsgəndərlinin oğlundan boşanmaq üçün məhkəməyə müraciət edib.
Unikal.org