Qaxda 55 yaşlı qadına zorakılıq edən şəxs HƏBS EDİLDİbackend
Cəmiyyət
52

Qaxda 55 yaşlı qadına zorakılıq edən şəxs HƏBS EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaxda 55 yaşlı qadın 50 yaşlı sərxoş kişi tərəfindən cinsi təcavüzə məruz qalıb.

Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Unikal.org-a bildirib ki, Qaxda baş vermiş təcavüz hadisəsi ilə bağlı məlumat daxil olduqdan dərhal sonra Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Zaqatala rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları müvafiq araşdırma aparıblar:

“Qax Rayon İcra Hakimiyyətindən və rayon polis idarəsindən verilən məlumata görə, Turaclı kəndində yaşayan 55 yaşlı tək qadın qonşusu, 50 yaşlı şəxs tərəfindən təcavüzə məruz qalıb.

Zərərcəkmiş əvvəl xəstəxanaya yerləşdirilsə də, hazırda vəziyyəti normaldır və artıq öz evindədir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə hüquq mühafizə orqanları tərəfindən həbs olunub və müvafiq istintaq hərəkətləri həyata keçirilir. Qeyd edək ki, o, bu hərəkəti spirtli içkinin təsiri altında törətdiyini bildirib”.

“Dövlət komitəsinin Zaqatala rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi isə zərərçəkənə psixo-sosial yardım göstərəcək”, – deyə o qeyd edib.