Türkiyənin Qaziantepdə qandonduran cinayət hadisəsinin faktları ortaya çıxıb.
APress.az xəbər verir ki, kürəkənini odlu silahla öldürən qayınata yenidən məhkəmə qarşısına çıxarılıb. O, törətdiyi cinayəti etiraf edərək, həbs cəzasının azadılmasına bais olub. Belə ki, kürəkəninin oğlunun həyat yoldaşı ilə eşq yaşadığını görən, qayınata onu güllələyib. Hadisə sonrası kişi polis tərəfindən saxlanılıb. Kişi hadisəni namus üstündə törətdiyini bildirdikdən sonra məhkəmə onun ömürlük həbs cəzasını ləğv edərək, 12 il 6 ay cəza tətbiq edib.
Lakin kişi məhkəmə sonrası “Gəlin də gözləsin. Onu da öldürəcəyəm”, – deyə ifadə işlədib. Yaşlı şəxsin bu hərəkəti işinin yenidən baxılmasına səbəb olub.
Unikal.org