Ermənistan mediası Qazaxın 7 kəndinin qaytarılmasına hazırlıq getdiyi haqda yazır. Maraqlıdır ki, bunu adətən Paşinyana müxalif olan media gündəmə gətirirdi, indi isə Tavuş bölgəsinin qubernatorunun qardaşı, hakim partiyanın deputatı Vahe Qalumyan danışır.
APress.az xəbər verir ki, Qalumyan “Tavuşda Ermənistanın nəzarətində olan Azərbaycan kəndləri var, düşünürəm ki, bu, həll edilməsi lazım olan problemdir” deyə bildirib.
Rusiya sərhədçilərin Əskipara kəndinə gəlməsinin səbəbləri haqda yazımızda 7 kəndin masada olduğunu yazmışdıq. Paşinyanın deputatının sözləri də bu versiyanı gücləndirir.
Qazaxın eksklav olan 3 kəndinin qaytarılması üçün dəhliz lazımdır və görünür, rus hərbçilər bu dəhlizin təhlükəsizliyinə də nəzarət edə bilərlər.