Qazaxıstandan həyəcan təbili: Koronavirus uşaqlar arasında sürətlə yayılırbackend
Dünya
387

Qazaxıstandan həyəcan təbili: Koronavirus uşaqlar arasında sürətlə yayılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qazaxıstanda uşaqlar arasında COVID-19-a yoluxma halları artmaqdadır.
“Sputnik Qazaxıstan” bu barədə tibb elmləri doktoru, yüksək kateqoriyalı pediatr Sagira Abdraxmanovanın açıqlamasına istinadla xəbər yayıb.
“Bu gün çox həyəcanverici bir vəziyyət yaranıb. Dünyada uşaqlar arasında xəstəliyə yoluxma nisbəti yüksəkdir və təəssüf ki, biz də geri qalmırıq. Təkcə bu gün təxminən 38 min uşaq qeydiyyata alındı”, – deyə o bildirib.
Eyni zamanda, Abdraxmanova qeyd edib ki, 2021-ci ilin əvvəlindən 31 572 uşaqda COVID-19 aşkarlanıb.
“Məhz son bir ayda çox sayda uşaq xəstələnməyə başladı”, – deyə o, uşaqların təxminən 50 %-nin xəstəliyi simptomsuz keçirdiyini vurğulayıb.
Həkimin sözlərinə görə, kəskin infeksiya baş verməsinin əsas səbəbi uşaqların maskasız qalması və bir-biriləri ilə sıx təmasda olması ilə əlaqədardır. Bundan əlavə, yeni ştammlar immunitet sistemini “aldatmaq” qabiliyyətinə malikdir. Belə ki, immun hüceyrələr infeksiyanı vaxtında aşkar edə bilmir və bu səbəbdən onun mübarizə aparmaq qabiliyyətini itirir.
Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, pandemiya başlayandan bəri ölkədə 477 754 nəfərə koronavirus diaqnozu qoyulub. Son 24 saat ərzində ölkədə 5 648 yoluxma hadisəsi qeydə alınıb.