Lavrov Qərblə dostluğun şərtlərini açıqlayıb.
Sfera.az xəbər verir ki, Rusiya Xarici işlər naziri Sergey Lavrov Moskvanın Qərb ölkələri ilə hansı şərt daxilində münasibət qurmağa niyyətli olduğunu açıqlayıb.
“Qərblə dostluq etməyə hazırıq, amma ölkəmizin yüzillik, minillik tarixi boyu əcdadlarımızdan bizə miras qalan şəxsi ləyaqət hissini qorumaqla. Bunu xüsusi olaraq vurğulayıram. Vətəndaşlarımızın rifahı xarici siyasətimizin əsas məqsədidir” – deyə, “Yeni bilik” maarifəndirici marafonunun iştirakçıları qarşısındakı çıxışı zamanı bildirib.
Nazir əlavə edib ki, Rusiya hər bir rusiyalı üçün qiymətli olan ölkə tarixini və milli ənənələri heçə sayaraq münasibətləri inkişaf etdirə bilməz.
“Biz hər zaman milli qürurumuzu qorumuşuq, bu çox vacib xüsusiyyətdir. Heç də hər millət milli qüruru ilə fəxr edə bilməz. Bizim xalqımız vətənpərvərliyi, haqq-ədalət carçısı, zəiflərin müdafiəçisi olmağı ilə seçilir. Gündəlik həyatda heyranlığa səbəb olan sadaladığım yüksək insani keyfiyyətlər təbii ki, beynəlxalq aləmdəki mövqeyimizdə də özünü biruzə verməlidir”,- deyə Lavrov vurğulayıb.
Xatırladaq ki, Rusiya ilə Qərb arasındakı münasibətlər Ukrayna hadisələrindən və Krımın geri qaytarılmasından sonra pisləşib. Bundan əlavə, Vaşinqton dəfələrlə Moskvanı prezident seçkilərinə və haker hücumlarına müdaxilədə günahlandırıb. Bu, bir sıra anti-Rusiya sanksiyasiyalarına və Kremlin cavab tədbirlərinə səbəb olub, həmçinin hər iki tərəfdən olan diplomatların təmsil etdikləri ölkələrə göndərilməsi ilə nəticələnən siyasi qalmaqallar da baş verib.