Qətər – Azərbaycan matçının məkanı dəyişdirildibackend
İdman
341

Qətər – Azərbaycan matçının məkanı dəyişdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Qətərlə səfər matçı Avstriyanın paytaxtı Vyanada keçirilməyəcək.

APress.az Goal.az-a istinadən xəbər verir ki, koronavirus pandemiyasının səbəb olduğu səyahət məhdudiyyətlərinə görə görüşün yeri dəyişdirilib.

Bu barədə UEFA-nın rəsmi saytında məlumat verilib. Qitə futbol qurumu qarşılaşmanın Macarıstanın Debretsen şəhərindəki “Nadyerdei” stadionunda keçirilməsinə qərar verib.

Qeyd edək ki, martın 27-də baş tutacaq Qətər – Azərbaycan oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.