Filippinin cənubundakı Sulu əyalətinə eniş zamanı qəzaya düşən hərbi təyyarənin “qara qutu”su tapılıb.
APress.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ordu rəhbəri general-mayor Edgard Arevalo məlumat yayıb.
Xatırladaq ki, iyulun 4-də Filippin HHQ-yə məxsus “C-130 Hercules” təyyarəsi hava limanında eniş edərkən qəzaya uğrayıb. Təyyarədə 96 hərbçi olub. Ümumilikdə qəza nəticəsində 51 nəfər dünyasını dəyişib.