Azərbaycanda gənc sevdiyi qıza görə ailəsindən imtina edib.
APress.az xəbər verir ki, bu barədə “Xəzər” televiziyasında yayımlanan “Səni axtarıram” verilişində övladını axtaran Ramin adlı şəxsin özü danışıb.
Ramin bildirib ki, o, qıza görə anasından, qardaşından və atasından üz döndərib:
“Mən həbsxanaya düşəndə o qadın bir dəfə də olsa yanıma gəlməyib. Onun üçün üz döndərdiklərim də məndən imtina etdi. O qadına görə valideynlərimdən üz döndərdiyim üçün çox peşmanam və onlardan üzr istəyirəm. Mən 4-5 yaşlarından atasız qalmışam. İstəmirəm ki, övladım atasız böyüsün. Bilirəm ki, bir neçə ildən sonra məni axtaracaq. Anamla aramda soyuqluq olsa da, barışmışıq. Mən övladımı geri istəyirəm”.
Sonxeber.az