“Qızımı dostunun ad gününə yola saldım, axşam tabutunu qarşıladım” – Faciə yaşayan aktrisa…backend
Dünya
372

“Qızımı dostunun ad gününə yola saldım, axşam tabutunu qarşıladım” – Faciə yaşayan aktrisa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qızımı dostunun ad gününə yola saldım, axşam tabutunu qarşıladım. Övladım faciəli şəkildə avtomobil qəzasında dünyasını dəyişdi. Ölməzdən 2 gün öncə ad günü idi, rəfiqələrinə demişdi ki, gəlinlik geymək istəyirəm, ona görə də onun bu arzusunu həyata keçirdim. Tabutunu ağ gəlinliklə örtdüm. Allaha inananda o sizə yolu göstərir. Mən də çətin günlərimdə Allaha sığındım. Allah o övladı mənə verəndə sevinib, qurbanlar kəsmişdim, alarkən niyə üsyan etməliyəm? Heç bir zaman üsyan etmədim, verən də odur, alan da. Təbii ki, içimdə məhv oldum. Hələ də səhərə qədər gözümə yuxu getmir. Qızımı itirəndən sonra səsim də batıb, mahnı oxuya bilmirəm. Bir oğlum var, qızımın ölümündən sonra o məni həyata bağladı. Həyat yoldaşım da musiqiçidir, 22 ildir ki, onunla evliyəm, o da mənə dəstək oldu. Bu hər birimizin ikinci evliliyi idi”