AQTA-dan APress.az-a verilən məlumata görə, monitorinqlər zamanı 15 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Binəqədi rayonu, Ağasadığ Gəraybəyli küçəsində yerləşən, fiziki şəxs Məmmədli Elçin Polad oğluna məxsus çay evi;
2. Bakı şəhəri, Yasamal rayonu, H. Zərdabi pr., ev 99a, 101a, 103A ünvanında yerləşən, fiziki şəxs Məmmədov Fuad Nizami oğluna məxsus “Sarımsaq” restoranı;
3. Bakı şəhəri, Yasamal rayonu, H. Cavid prospekti, məhəllə 556/57 ünvanında yerləşən, fiziki şəxs Mehtiyev Yaşar Fəhruz oğluna məxsus “Qoç ət” restoranı;
4. Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küç., ev 2B ünvanında yerləşən, hüquqi şəxs “Duyma” MMC-yə məxsus “Duyma” restoranı;
5. Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi 1 ünvanında yerləşən, fiziki şəxs Ağayev Rusif Aydın oğluna məxsus kafe;
6. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəs., S. Yesenin küçəsində yerləşən, hüquqi şəxs “Azemat” MMC-yə məxsus “Dominos pizza” restoranı;
7. Bakı şəhəri, Sabunçu rayonu, S. Qocayev küçəsi 25 ünvanında yerləşən, fiziki şəxs Əkbərov Azər Nəcəfqulu oğluna məxsus kafe;
8. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəs., məhəllə 40 ünvanında yerləşən, fiziki şəxs Məmmədzadə Hüsən Məmməd oğluna məxsus kafe;
9. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəs., Kirov küçəsi 14 ünvanında yerləşən, fiziki şəxs Mikayılov Rüstəmə məxsus kafe;
10. Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində yerləşən, fiziki şəxs Sadyarova Könül Loğman qızına məxsus “Sultan” restoranı;
11. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küç., ev 77 ünvanında yerləşən, fiziki şəxs Ələkbərov Seymur Aydın oğluna məxsus dönər evi;
12. Bakı şəhəri, Nəsimi rayonu, Nizami küç., ev 77 ünvanında yerləşən fiziki şəxs Cəfərov İdrak Şadtat oğluna məxsus kafe;
13. Bakı şəhəri, Xətai rayonu, Gəncə pr., 829-cu keçiddə yerləşən, fiziki şəxs Ələkbərov Sadiq Tofiq oğluna məxsus “Fədək” dönər evi;
14. Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən, fiziki şəxs Babayev Davud İlyas oğluna məxsus “MM House” kafesi;
15. Şirvan şəhəri, G. Şıxbala oğlu küçəsində yerləşən, fiziki şəxs Azərpur Vahid Arif oğluna məxsus çay evi.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.