Tək yaşadığı evdə cəsədi tapılan 85 yaşlı Halil İbrahim Topalın əlləri yapışqan lentlə bağlandıqdan sonra bıçaqlandığı məlum olub.
APress.az lent.az-a istinadən məlumat verir ki, Kocaelinin Kartepe rayonunda yaşayan Şaban Topal, evində tək yaşayan atası Halil İbrahim Topalın heyvanlarını yemləmək üçün səhər ora gəlib. Evə girən Şaban Topal atasını əşyaları dağılmış qonaq otağında əlləri yapışqan lentlə bağlanmış və qana bulaşmış vəziyyətdə tapıb.
Şaban Topal həmin an təcili yardıma zəng edərək kömək istəyib. Yardım üçün gələn həkimlər bıçaqlandığını müəyyən etdikləri Halil İbrahim Topalın artıq öldüyünü bildiriblər.
Hadisə ilə bağlı araşdırma aparılır.