İranda ötən sutka ərzində 233 nəfər koronavirusdan (COVID-19) ölüb.
APress.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin məlumatında bildirilir.
Bununla da ölkədə bu virusdan ölənlərin sayı 77 765 nəfərə yüksəlib.
İranda ötən 24 saat ərzində 12 789 nəfər koronavirusa yoluxub və yoluxanların ümumi sayı 2 792 204 nəfərə çatıb.
Unikal.org