Azərbaycanda 87 yaşlı qadını qəbiristanlıqda zorladılar, xəstəxanada keçindibackend
Cəmiyyət
227

Azərbaycanda 87 yaşlı qadını qəbiristanlıqda zorladılar, xəstəxanada keçindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Quba rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1974-cü il təvəllüdlü Mişi Migirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APress.az teleqraf.com-a istinadən bildirir ki, Mişi Migirov1931-ci il təvəllüdlü Şuşan Sumxayevanı xüsusi amansızlıqla zorlayaraq ona qarşı seksual xarakterli hərəkətləri edib və öldürüb.

Mişi Migirov sərxoş vəziyyətdə bibisi Şuşan Sumxayeva ilə zorla cinsi əlaqədə olmaq qərarına gəlib. Bu məqsədlə taksi sürücüsü, Qırmızı Sloboda qəsəbə sakini Ramin Babayevin idarə etdiyi “Daewoo Leganza ” markalı avtomobillə Şuşan Sumxayevanı qohumlarının məzarını ziyarət etmək adı ilə 17 aprel 2018-ci il tarixdə, 21 radələrində Mirzəməmmədkənd kəndində yerləşən “Yəhudi” qəbirstanlığının qarşısına aparıb. Orada sürücü Ramin Babayevə 10 dəqiqəyə gələcəklərini deyib və avtomobildən düşərək bibisi ilə qəbirstanlığın həyətinə daxil olub.

Bundan sonra o, mərhum qardaşı Raxamin Migirovun məzarı yanında yaşı ilə əlaqədar qoca olmaqla müqavimət göstərmək imkanına malik olmayan 87 yaşlı bibisinə qarşı müstəsna rəhmsizlik və qəddarlıq göstərib.

Qəbristanlıqda zorlama və qətl

Mişi Migirov zorlamaq və seksual xarakterli zorakı hərəkətlər etmək, habelə öldürmək məqsədi ilə bibisinə yumruğu və əli ilə çoxsaylı zərbələr vurub. Onu yarıçılpaq vəziyyətə gətirərək zorla təbii yolla və seksual xarakterli zorakılıq hərəkətləri edib, qeyri-təbii yolla cinsi əlaqədə olub.

Daha sonra yarıçılpaq vəziyyətdə sərxoşluğu səbəbindən Şuşan Sumxayevanın üzərində yuxuya gedib. Mişi Migirovun və Şuşan Sumxayevanın 40 dəqiqədən artıq qəbirstanlıqda olduqlarına və geri qayıtmaqdıqlarına görə narahat olan taksi sürücüsü Ramin Babayev bu barədə Quba rayon polis şöbəsinin ərazidə xidmət göstərən və həmin qəbristanlığın yanından xidməti avtomaşınla keçən Post Patrul Xidməti Taborunun polis nəfərləri Firuz Heydərova və İlham Orucova məlumat verib.

Sonuncularla birlikdə qəbirstanlığa daxil olarkən Şuşan Sumxayevanın yerdə yarıçılpaq vəziyyətdə uzandığını, Mişi Migirovun isə yarıçılpaq vəziyyətdə onun üzərində olduğunu aşkar ediblər. Mişi Migirovu qadının üzərindən qaldılaraq post-patrul avtomobilinə, Şuşan Sumxayevanı isə Quba rayon mərkəzi xəstəxanasına aparıblar. Xəstəxanaya yerləşdirilən Şüşan Sumxayeva orada ölüb.

5 maddəli cinayət işi

İstintaq orqanı tərəfindən Mişi Migirovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 149.2.4-cü (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama) və 150.2.4-cü (zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı xüsusi amansızlıqla seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddələri ilə ittiham elan edilib.

“Ailə qurmamışam”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mişi Migirov ifadəsində göstərib ki, yaşlı anası Maral Migirova, mərhum qardaşı Raxamin Migirovun həyat yoldaşı Siliya Migirova və onun iki qız övladı ilə birlikdə yaşayır:

“Böyrək çatışmazlığından əziyyət çəkdiyim üçün həqiqi hərbi xidmətdə olmamışam. Heç kimlə ailə həyatı qurmamışam və himayəmdə uşaq yoxdur”.

“Elədiyim hərəkətləri yadıma sala bilmirəm”

Təqsirləndirilən şəxsin sözlərinə görə, yetkinlik yaşına çatdıqdan sonra 2006-cı ilə kimi Moskva şəhərində geyim paltarlarının ticarəti ilə məşğul olub və Rusiyada olduğu müddətlərdə narkotik vasitələrin aludəçisi olub: “2006-cı ildə Rusiyanın Ulyanovsk şəhərində sərxoş vəziyyətdə şəxsi mübahisə zəminində adam öldürdüyümə görə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edildim və 2016-cı ildə həbsdən çıxan kimi Azərbyacan Respublikasına deportasiya olundum.

Azərbaycana gəldikdən sonra anam və mərhum qardaşımın ailəsi ilə birlikdə yaşadım. Heç yerdə işləməmişəm.

Spirtli içki aludəçisi olduğumdan sərxoş vəziyyətdə bir neçə dəfə törətdiyim inzibati xətalara görə məsuliyyətə cəlb edilmişəm. Sərxoş olarkən elədiyim hərəkətləri yadıma sala bilmirəm”.

“Bibimlə aramızda intim münasibət olmayıb”

Mişi Migirov qeyd edib ki, mərhum Şuşan Sumxayeva onun doğma bibisidir: “Bibim mənim qaldığım evdən iki küçə aşağıda tək yaşayıb. Gənc yaşlarında evli olsa da, övladı olmayıb. Öz pensiyası və qəsəbə camaatının köməkliyi ilə dolanıb. Bibimlə aramda heç vaxt ədavət, dava-dalaş, münaqişə baş verməyib. Aramızda yaxın intim münasibətlər də olmayıb. Belə bir təklif nə mənim tərəfimdən, nə də bibim tərəfindən irəli sürülməyib.

Aprelin 17-də saat 17-18 radələrində evdə təklikdə 250 qram araq içdim, sonra küçəyə çıxdım. Küçədə dayanmış taksi sürücüsü Ramindən məni yəhudi qəbirstanlığına aparmağını xahiş etdim.

Raminin idarə etdiyi avtomobildə Qırmızı Sloboda qəsəbəsində yerləşən “Heydər Əliyev” parkının qarşısından keçərkən çayxanda oturmuş dostum Eldarı gördüm. Taksini saxlatdım və maşından düşərək Eldarı səslədim.

Eldar mənim yanıma gəldikdə ona qardaşımın qəbrini ziyarət etmək istədiyimi dedim, mənimlə birlikdə gəlməyini xahiş etdim. Eldar razılaşdı, avtomobilə oturaraq “Yəhudi qəbirstanlığı” istiqamətində yola düşdük”.

“Yolumuz hara olduğunu soruşdu”

 

Mişi Migirov bildirib ki, qəbirstanlığın aşağısından keçən avtomobil yolunun yaxınlığında marketin qarşısında maşını saxladıb: “Araq almaq üçün mağazaya girdim, 250 qramlıq “Amigo” arağı, iki ədəd plastmas stəkan aldım, əynimdəki gödəkcənin içərisinə qoydum. İkinci stəkanı ölən qardaşımın ruhu üçün aldım. Yəhudilərdə adət belədir ki, qəbir üstündə olarkən mərhumun ruhu üçün də spirtli içki içilir.

Mağazadan çıxaraq maşına mindim, yolumuza davam etdik, Yəhudi qəbirstanlığının qarşısına gəldik. Maşından düşərək qəbirstanlığa getdim. Eldar və sürücü Ramin maşında oturaraq məni gözlədilər. Qardaşlarımın qəbrini ziyarət etdim, onların qəbri üstündə oturaraq təkbaşına 250 qram araq içdim. Təxminən 10-15 dəqiqə sonra Ramin istifadəmdə olan nömrəyə zəng edərək məni çağırdı. Mən də zəngdən 5-10 dəqiqə sonra maşından düşdüyüm yerə, yəni qəbirstanlığın darvazasının qarşısına getdim. Qabaq sağ oturacağa əyləşdim, Eldar isə arxa oturacaqda idi.

Ramin avtomobili qəsəbə istiqamətində idarə etdi. Mən araq aldığım mağazanın qarşısında yenidən dayandım, mağazadan yenə də araq aldım. Mağazadan çıxarkən Eldar maşından aşağı düşərək məndən hara gedəcəyimi soruşdu. Mən isə cavabımda yenə də qardaşlarımın qəbirini ziyarət etməyə gedəcəyimi dedim”.

“Bibimə onu qəbiristanlığa aparmağa gəldiyimi dedim”

Mişi Migirov bildirib ki, bundan sonra sürücü Raminə avtomobili yenə də qəbiristanlığa sürməyini bildirib: “Qəbiristanlığın yanında Raminə “zəng edəndə gəlib məni götürərsən” dedim. Sonra maşından düşərək qəbiristanlığa, qardaşlarımın məzarlarının yanına getdim.. Yenə həminki qaydada arağı plastmas stəkana süzərək içdim, digər plastik stəkana da azacıq araq süzərək qardaşımın qəbirinin üstünə qoydum.

Təxminən yarım saat sonra istifadəmdə olan nömrəylə Raminə zəng etdim, məni götürməsini söylədim. Qəbiristanlıqdan çıxaraq yolun kənarında Raminin gəlməsini gözlədim. Təxminən 10-15 dəqiqə sonra Ramin avtomobillə qəbiristanlığın qarşısına gəldi. Məni bibimi Şuşangilə aparmasını dedim.

Ramin məni bibimin yaşadığı evin qarşısına apardı. Küçədə düşərək bibimin evinə keçdim. Bibim Şuşan evdə tək idi. Şuşana onu qəbiristanlığa aparmağa gəldiyimi dedim. Biz birlikdə evdən çıxdıq, Raminin maşınına əyləşdik və qəbirsitanlığa getdik”.

“Sanki bir müddət özümdən getdim”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, maşından enərkən Raminə onları gözləməyi və 5-10 dəqiqəyə ziyarətdən sonra gələcəklərini deyib: “Bundan sonra bibimlə birlikdə qardaşlarımın qəbri üstünü ziyarət etdik. Hadisədən iki ay əvvəl rəhmətə getmiş qardaşım Binsionun məzarı qarşısında oturduq, bibim də mənim yaxınlığımda dayandı. İçdiyim spirtli içkilərin təsirindən artıq sərxoş vəziyyətdə oldum və özümü idarə edə bilmədim. Sanki bir müddət özümdən getdim və ayılanda polis əməkdaşlarının başımın üstündə dayandıqlarını gördüm.

Qalxaraq bibim Şuşanın hərəkətsiz vəziyyətdə yerdə uzandığını, qarın nahiyəsindən aşağı hissəsinin lüt vəziyyətdə, yəni heç bir paltarının olmadığını, üst və alt paltarlarının ətrafa səpələndiyini gördüm. Bibimin sifət və baş nahiyəsində çoxlu xəsarətlər vardı. Spirtli içkinin təsirindən nə baş verdiyini anlamadım. Lakin başım və bədənim, eləcə də əllərim bərk ağrıdı.

Sol əlimi sol gözümün üstünə toxundurduqda, əlimin qana bulaşdığını və həmin yerin şişdiyini gördüm. Polis əməkdaşları həmin yerə baxış keçirdi, foto şəkillər çəkdi, bibimi təcili tibbi yardım maşını ilə yola saldılar. Məni də polis şöbəsinə apardılar. Polis şöbəsində olarkən bibimin xəstəxanada öldüyünü bildim.

Lakin bibimin necə xəsarət almasını, onun necə soyunmasını xatırlaya bilmədim. Bibim Şuşanla qəbiristanlıqda olduğum müddətdə orada bizdən başqa kənar şəxslər olmayıb”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mişi Migirov 19 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimdə çəkməsi hökm edilib.

Hökmdən narazı qalan Mişi Migirovun vəkilləri apelyasiya şikayəti veriblər. Vəkillər Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, Mişi Migirovun barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı ilə Mişi Migirovun vəkilləri tərəfindən verilən apelyasiya şikayəti təmin olunmayıb.

Amma birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib və Mişi Migirovun cəzası 17 ilə endirilib.

Mişi Migirorovun müdafiəçisi tərəfindən kasasiya şikayəti verilib. Müdafiəçi kasasiya şikayətində müvəkkilinin törətdiyi əməlin sübuta yetirilmədiyi qeyd olunub və onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Müdafiəçinin kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. İş araşdırılması üçün hakim Fərhad Kərimovun icraatına verilib.

Yaxın günlərdə kasasiya şikayətinə baxılacağı gözlənilir.