Qüdsün taleyi bu cür olmalıdır – Bozkırbackend
Dünya
247

Qüdsün taleyi bu cür olmalıdır – Bozkır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzzaya endirilən son hava zərbələri də daxil olmaqla, mülki şəxslərə və dini məkanlara edilən hücumları qəti şəkildə qınayıram. İsrail beynəlxalq hüquqa riayət etməli və öhdəliklərini yerinə yetirməlidir.

APress.az xəbər verir ki, bu sözləri BMT Baş Assambleyasının prezidenti Volkan Bozkır Tvitter hesabında yazıb.
“BMT işğal altında yaşayan, hər cür çətinliyə məruz qalan fələstinliləri qorumalı və bu mövzuda alınan qərarların həyata keçirilməsini təmin etməlidir. Üzv ölkələrdən gələcək tələb üzrə BMT Baş Assambleyasını çağırmağa hazıram. İsrail-Fələstin münaqişəsi BMT qətnamələrinə və beynəlxalq hüquqa uyğun olaraq, təhlükəsiz və tanınmış sərhədlər daxilində qurulmuş iki dövlət çərçivəsində həll edilə bilər. Qüds məsələsi sülh prosesinin son mərhələsində həll edilməsi vacib olan bir mövzudur”, – Bozkır bildirib.
Sfera.az