Ramil Usubov: “Baş qaldırmağa cəhd etsələr, dərhal məhv ediləcəklər”backend
Gündəm
440

Ramil Usubov: “Baş qaldırmağa cəhd etsələr, dərhal məhv ediləcəklər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Məğlub Ermənistanın siyasi dairələrinin, həm hakimiyyət, həm də müxalifəti təmsil edən keçmiş hərbi xunta təmsilçilərinin qisas yönümlü bəyanatlarını o qədər də ciddiyə almıram. Bu, sadəcə, cəfəngiyyatdır, növbəti əhəmiyyətsiz sərsəmləmədir, populizmdir”.

APress.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov “Azərbaycaan” qəzetinə müsahibəsində deyib.

O, bildirib ki, müharibə müzəffər Ali Baş Komandanımızın sarsılmaz qüdrəti, Silahlı Qüvvələrimizin şücayəti və qəhrəmanlığı sayəsində düşmən üzərində tam qələbə ilə başa çatıb:

“Bütün dünya da möhtərəm Prezidentimizin yaratdığı yeni hərbi, siyasi, coğrafi reallığı qəbul edir,  onunla hesablaşır. Qatı millətçi siyasi qüvvələrin  primitiv revanşist bəyanatları isə daha çox daxili auiditoriyaya ünvanlanıb. Artıq  erməni xalqının  əksəriyyəti belə bu absurd rəylərə  inanmır.  Savaşın ən real nəticələrindən, ibrət dərslərindən biri də budur.

Ali Baş Komandan bu günlərdə verdiyi müsahibəsində də xüsusi vurğuladı ki, Azərbaycan tarixi missiyasını uğurla icra edərək dünyanın ən qəddar faşizmi olan erməni faşizmini məhv edib. Əgər bu dövlət və havadarları yenidən erməni faşizminin baş qaldırmasına cəhd etsələr, dərhal məhv ediləcəklər. Prezident İlham Əliyevin bu məsələyə açıqladığı konkret münasibət belədir ki, ümumiyyətlə, Ermənistanın bir daha təhdidə çevrilməməsi üçün hərbi və siyasi resurslarını bərpa etməsinə qətiyyən imkan verilməyəcək.

Təhlükəsizliyə təhdiddən danışırıqsa, bir məsələni də unutmayaq. İstisnasız olaraq, bütün dövlətlər və xalqlar hansısa təhdiddən sığortalanmayıb, o cümlədən də Azərbaycan. Yəni qlobal terrorizmin hər gün daha da genişləndiyi, yeni münaqişə ocaqlarının davamlı artması, müharibə qurbanlarının sayının yüksəlməsi fonunda bütün dünya üçün real və böyük təhdidlər var.

Azərbaycan dövlətinin də fəaliyyətində üstünlük verdiyi başlıca istiqamətlərdən biri məhz bu təhdidlərə qarşı  birgə mübarizənin təşkilidir. Elə Vətən savaşının da əsl mahiyyəti Azərbaycanla yanaşı, bütün Qafqazı təhdid edən, Avrasiya məkanının sağlam və sabit inkişafına mane olan işğalçı aqressiv separatizmi, terrorizmi məhv etmək idi”.