Ötən gün dünyasını dəyişən Xalq artisti Ramiz Əzizbəylinin qızı Xədicə Əzizbəyli də koronavirusa yoluxub.
APress.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda aktyorun qardaşı oğlu, müğənni Nurlan Əzizbəyli məlumat verib. O bildirib ki, Xədicə sağalaıb, hazırda səhhəti yaxşıdır:
“Qızı da koronavirusa yoluxmuşdu, o, sağalıb. Artıq evdədir”.
Qeyd edək ki, R.Əzizbəyli koronavirusa yoluxmuş, xəstəxanaya yerləşdirilmişdi. Aktyor eyni zamanda infarkt keçirib.