Yeni növ koronavirusa (COVID-19) yoluxan Azərbaycanın xalq artisti, kinorejissor Ramiz Əzizbəylinin vəziyyəti açıqlanıb.
Onun qızı Cəlalə Əzizbəyli Oxu.Az-a bildirib ki, atasının vəziyyəti orta ağır olaraq qalır:
“Artıq bir həftədən çoxdur ki, atam Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib. Bacım ilə eyni palatada müalicə alırlar. Onu oksigen aparatına qoşublar”.