“Real” 3 cavabsız qolla liderliyə yüksəldibackend
İdman
282

“Real” 3 cavabsız qolla liderliyə yüksəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya La Liqasında 31-ci tura start verilib.

APress.az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma keçirilib.

“Sevilya” səfərdə “Levante”ni minimal hesabla üstələyib. “Valensiya” isə “Osasuna” ilə səfər matçından məğlubiyyətlə ayrılıb. “Vilyarreal” da “Alaves”lə səfər matçında xalsız qalıb.

“Betis” – “Atletik” və “Elçe” – “Valyadolid” matçlarında qalib müəyyənləşməyib. Madrid “Real”ı isə səfərdə “Kadis”i böyük hesabla məğlub edib.

21 aprel

“Levante” – “Sevilya” – 0:1
Qol: En Nesiri, 53.

“Osasuna” – “Valensiya” – 3:1
Qollar: Martines, 13. Kalyeri, 32. Torres, 67 – Qameyro, 30.

“Betis” – “Atletik” – 0:0

“Alaves” – “Vilyarreal” – 2:1
Qollar: Xoselu, 17. Mendes, 80 – Alkaser, 50.

“Elçe” – “Valyadolid” – 1:1
Qollar: Fidel, 22 – Olasa, 86.

“Kadis” – “Real” – 0:3
Qollar: Benzema, 30; 40. Odriosola, 33.

Qələbə saysəində xallarını 70-ə çatdıran “Real” liderliyə yüksəlib. “Atletiko” eyni xalla 2-ci, “Sevilya” 67 xalla 3-cü, “Barselona” 65 xalla 4-cüdür.