Rektorun oğlunun ölüm səbəbi bilindibackend
Cəmiyyət
277

Rektorun oğlunun ölüm səbəbi bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun şöbə müdiri Fərid Ələkbərli vəfat edib. 

Unikal.org-un əldə etdiyi məlumata görə,  F.Ələkbərli hemofiliya xəstəliyindən əziyyət çəkib. Mərhum uzun müddətdir ki, müalicə aldığı Mirqasımov adına Respublika Klinik Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, F. Ələkbərli bir neçə il əvvəl Vatikanın məxfi arxivlərində Azərbaycanın orta əsr tarixinə aid çox qiymətli məlumatları tapmışdı. O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərovun oğludur.