Rəqsanəyə keçmişini xatırlatdı: “Sən də bunlardan biri olmusan”backend
Şou
354

Rəqsanəyə keçmişini xatırlatdı: “Sən də bunlardan biri olmusan”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prodüser Sayqa Cahid ATV-də yayımlanan “Birə-bir” verilişində maraqlı fikirlər səsləndirib.

AZXEBER.COM xəbər verir ki, prodüser müğənni Rəqsanə İsmayılovaya iradını bildirib. Prodüserin maraqlı açıqlamaları hər kəsin təəccübünə səbəb olub.

 

“Deyəcəm yenə aləm dəyəcək bir-birinə, yağış yağdı çatlaqlar örtüldü. Gün çıxanda o çatlaqlar daha böyük görünəcək. Mesajımı götürən götürsün bu bir. İkincisi hər kəsin öz auditoriyası var. Yəni kafe üçün olanlar ayrıdır, şadlıq evləri ayrıdır, böyük salonlar ayrıdır, böyük zallar ayrıdır. Yəni heç kəs, heç kəsə söz deyə bilməz.

Mənim ən böyük iradım Rəqsanəyə odur ki, ozünü bu qədər tərifləyə-tərifləyə, öyə-öyə bu qədər danışırsansa, ad çək. Çəkməyəcəksənsə, camaatın ailəsi var, övladları var, niyə kiminsə üzərinə kölgə düşməlidir ki? Hamının bəxti sənin kimi gətirmədi ay bacı, nə istəyirsən? Kiminin bəxti yaxşı olur, kimininki olmur. İndi sən imkanlı adama ərə getdin, gedənə qədər də min dəfə yox, milyon dəfə getdin Moskvaya gəldin. Moskvanın kafesində də oxumusan, restoranında da oxumusan, şadlıq evində də oxumusan, hər yerdə oxumusan. Sən də axı bunlardan biri olmusan. İndi noldu?”.

Verilişdə aparıcı Sevil–Sevinc bacıları Rəqsanənin Moskvada kafelərdə heç vaxt oxumadığını qeyd etsə də, Sayqa Cahid bildirib ki, “indi oxumur bəs 10 il əvvəl necəydi? Yaxşı, ola bilsin kimlərsə gəncdir bilmir, amma biz bilirik”.

Verilişdə iştirak edən müğənni Zenfira İbrahimova bildirib ki, toy qiymətini hazırki vəziyyətə uyğun olaraq 3500 dollara endirib. “Elə insanlar var, heç vaxt pul söhbəti etmərəm. Bu, hər bir müğənninin həyatında var. Mən gedib Moskvada elə hörmət görmüşəm ki, deyəcəyim pulu özümə sıxışdırmamışam. Ondan da 3 qatı artığını təklif ediblər. Mən əvvəl 5 min dollara getmişəm bunu etiraf edirəm. Amma indi həmin qiyməti salmışam 3500 dollara. Mən ansamblsız tək 3500 dollara toy şənliklərinə gedirəm.