Restoranda meyxana məclisi quranlar cərimələndibackend
Cəmiyyət
191

Restoranda meyxana məclisi quranlar cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət–profilaktik tədbirlər çərçivəsində rayonun Darquba kəndində yerləşən “Armudluq” restoranında axşam saatlarında meyxana məclisinin keçirildiyi, Rvo kəndində yerləşən çayxananın isə saat gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi müəyyən edilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APress.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin obyektlərlə bağlı ümumilikdə 16 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.