Əməkdar artist Elza Seyidcahanla müğənni Roza Zərgərli arasında qalmaqal daha da böyüyüb.
APress.az xəbər verir ki, E.Seyidcahanın tənqidlərindən sonra Zərgərli “ATV maqazin onlarla”ya açıqlamasında ifaçını hədələyib. Müğənninin Rozanın əməliyyatlarına söz atması onu özündən çıxarıb:
“Sənə haqq vermişəm haramısa müzakirə edəsən? Sənin əlində sübutun var ki, plastik əməliyyat etdirib, haramısa dartdırmışam? Səni məhkəməyə verəcəm. Haramdasa plastik əməliyyatla ortaya gələn nəyisə sübut et, borcun olan 5 mini keçəcəm, üstündə də 10 min verəcəm. Hansı yaradıcılıqdan danışırsan? Yerindən duran da oxuyub, bəstəkar olur”.
Sənətçi E.Seyidcahanın onun “Sibir çiçəyi” kitabını “Zibil çiçəyi” adlandırmasına isə belə reaksiya verib:
“Bir əsərə “Zibil çiçəyi” deyən Əməkdar artistin ağzını öz qələmi ilə tikmək lazımdır. “Sibir çiçəyi”nin təqdimatına gəlməsəydin heç nə itirməyəcəkdim. Orada Xalq artistləri, dəyərli insanlar var idi. Məni gözün götürmürsə bil, sənin üçün İlhamə Quliyeva deyiləm. Səninlə böləsi kişim yoxdur. Elə etmə açıb danışım. Məhkəməyə gedib, təzminat ödəmək istəmirsənsə, sus”.
Qeyd edək ki, müğənnilər arasında qalmaqalın ikinci dəfə alovlanmasına səbəb Rozanın Elzanın ona 5 min manat borcu olmasını açıqlaması olub. E.Seyidcahan qarşı tərəfin ünvanına “Bütün günü cərrahdadırlar. O qədər üzlərini dartdırıblar ki, ağılları da dartılıb” sözlərini söyləyib. // Axşam.az