Rus milliyyətçi azərbaycanlı tələbəni öldürdüyünü ETİRAF ETDİbackend
Gündəm
278

Rus milliyyətçi azərbaycanlı tələbəni öldürdüyünü ETİRAF ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı tələbə Timur Qavrilovun öldürməkdə ittiham olunan Rusiyanın Volqoqrad vilayətinin 22 yaşlı sakini Vitali Vasilyevin məhkəməsinin ilk iclası keçirilib.

APress.az  xəbər verir ki, məlumatı Volqoqrad vilayət məhkəməsinin mətbuat xidməti yayıb.
V.Vasilyev faşist baxışlarına görə Volqoqrad Tibb Universitetinin Azərbaycandan olan 17 yaşlı tələbəsi Timur Qavrilovu qətlə yetirib. Məhkum, rus milliyyətçisi ona qarşı irəli sürülən ittihamı etiraf edib. Məhkəmənin növbəti iclası 2021-ci il aprelin 27-də Volqoqrad vilayət məhkəməsində keçiriləcək.
Məlumata görə, cinayət 2020-ci il iyunun 12-dən 13-nə keçən gecə Volqoqradın Voroşilov rayonunun Raboçye-Krestyansk küçəsində baş verib. Vasilyev 17 yaşlı tələbə Timur Qavrilova hücum edib. Rus-milliyyətçisi ona 20-yə yaxın bıçaq zərbəsi vurub. Vitali Vasilyev iyunun 22-də Belarusa qaçmağa çalışarkən Rusiyanın Smolensk şəhərində tutulub.
Sfera.az