Rusiya Daxili İşlər Nazirliyi MDB ölkələrinə iyunun 15-dək möhlət verib.
DİN Birlik dövlətlərinə Rusiyada qanunsuz qalan əcnəbi vətəndaşları geri götürmək tələbi qoyub. Əks halda, rəsmi Moskva sərhədlərin bağlanması da daxil olmaqla, sərt tədbirlər görəcək.
Bunu Daxili İşlər Nazirinin birinci müavini Aleksandr Qorovoy MDB üzv dövlətlərin Parlamentlərarası Assambleyasında bildirib.
Nazir müavini deyib: “Siz və mən bu insanları prezidentin fərmanından da göründüyü kimi iyunun 15-ə qədər çıxarmarıqsa, bu insanlar qovulmaqla sərt cəzalandırılacaq və sərhədlər bağlanacaq”.
Qorovoy Rusiyaya qonşu olan ölkələrin nümayəndələrinə problemi bloqerlər və medianın köməyi ilə həll etmələrini təklif edib. Onun fikrincə, bu da qanunsuz miqrantların qərar qəbul edilməsinə təsir göstərməlidir.
Eyni zamanda, göstərilən vaxtdan əvvəl Rusiyada qaldıqları müddətdə miqrantlara qarşı cəzalar tətbiq olunmayacaq.
Xatırladaq ki, Rusiya Prezidentinin fərmanına əsasən, Rusiyada olan və pandemiyaya görə Rusiya Federasiyasını tərk edə bilməyən əcnəbilər yalnız 15 iyun tarixinə qədər ölkədə problemsiz qala bilərlər.
Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda Rusiya ərazisində ərazisində qanunsuz olaraq 332 mindən çox Özbəkistan, 247 min Tacikistan, 115 min Qırğızıstan, 120 min Azərbaycan və 152 min Ukrayna vətəndaşı var. // Yenisabah.az