Bu gündən Rusiyanın koronavirus əleyhinə üçüncü vaksini olan KoviVakın rəsmi istehsalına başlanılıb.
APress.az APA-ya istinadən bildirir ki, Çumakov adına Mərkəz tərəfindən yaradılan KoviVak peyvəndinin istehsalına startı nazir Valeriy Falkov verib.
Beləliklə, üçüncü Rusiya istehsalı vaksin mülki dövriyyəyə buraxılıb
Kovivak vaksini bu ilin fevral ayında dövlət qeydiyyatından keçib.
Qeyd edək ki, ötən ilin avqustun 11-də Rusiya dünyada koronavirus əleyhinə Sputnik V adlanan ilk peyvəndi dövlət qeydiyyatından keçirib. Ötən ilin payızında isə Rusiyada koronavirus əleyhinə ikinci peyvənd, EpiVakkorona dövlət qeydiyyatından keçib.