Rusiya Sankt-Peterburqdan Bakıya uçuşlara icazə verdibackend
Cəmiyyət
267

Rusiya Sankt-Peterburqdan Bakıya uçuşlara icazə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) Sankt-Peterburqdan 15 ölkəyə, o cümlədən Azərbaycana uçuşlar üçün 3 aviaşirkətə icazə verib.

APress.az “Rosaviasiya”nın məlumatına istinadən xəbər verir ki, “Aeroflot”, “S7 Airlines” və “PEGAS Fly” aviaşirkətlərinə Sankt-Peterburqdan uçuşlar həyata keçirmək icazəsi verilib.
Uçuşların icazə verildiyi ölkələr sırasında Azərbaycanla yanaşı, Belarus, İordaniya, Çin, Şimali Makedoniya, Moldova, Marokko, Ermənistan, Serbiya, Sloveniya, Tayland, Xorvatiya, Çernoqoriya, eləcə də Kipr və Maldiv adaları var.
Lakin “Rosaviasiya”nın məlumatında bildirilir ki, icazələrin verilməsi adıçəkilən beynəlxalq marşrutlar üzrə uçuşların bərpa edilməsi üçün əsas və ya qərar sayıla bilməz. İcazə yalnız uçuşlar bərpa edildikdən sonra aviaşirkətlərin istifadə edə biləcəyi hüquqdur.
Martda “Rosaviasiya” 3 aviaşirkətə – “Azimut”, “Red Wings” və “Ural Hava Yollarına” Rusiyanın 11 şəhərindən Azərbaycanın paytaxtına uçuşlar həyata keçirməyə icazə verib. // “Report”