Müsavat Partiyası Bakıda Rusiya səfirliyinin önündə Şuşada tapılan “İskəndər M” raket kompleksinin qalıqları ilə bağlı piket keçirir.
APress.az qafqazinfo-ya istinadən xəbər verir ki, piketdə müxtəlif şüarlar səsləndirilib. Piket iştirakçıları bildirir ki, Rusiya Azərbaycana dəstək olmadığını, əksinə hər zaman maneələr yaratdığını dilə gətirib.
Müsavat Gənclər Təşkilatının sədri Elman Quliyev aksiyanın qətnaməsini iştirakçıların diqqətinə çatdırıb. Səfirlikdən bu məsələyə reaksiya verilməsi tələb edilib.