Türkiyə və Rusiya Moskvanın Şimali Kipri müstəqil bir dövlət olaraq tanıması qarşılığında Krımla bağlı razılığa gələ bilər.
APress.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Maltəpə Universitetinin professoru Həsən Ünal Rusiya mediasına verdiyi müsahibəsində söyləyib.
Ünal Rusiyanı Şimali Kiprin tanınması hərəkatına rəhbərlik etməyə dəvət edib və KKTC-nin NATO üzvü ola biləcəyini izah edib.