Rusiya-Ukrayna gərginliyi artmaqda davam edir.
APress.az xəbər verir ki, Ukrayna sərhədinə yüzlərlə tank və S-400 zenit-raket kompleksi göndərən Rusiya lideri Putinə NATO həmləsi ilə cavab verilib. Belə ki, Ukrayna hökuməti NATO qırıcı təyyarələrinin Ukrayna hava məkanında fasiləsiz uçuşlar həyata keçirməsinə icazə verib.
Bu gün səhər saatlarında isə gərginlik nöqtəsindən çox uzaq olan Rusiya-Ukrayna sərhəd xəttində əl bombaları və avtomat silah səsləri eşidilib.
Ukrayna Baş Qərargah rəisi Ruslan Homçak, Rusiyanın təlim adı altında bölgəyə 25 batalyon əlavə əsgər göndərdiyini bildirib.
Ukrayna mediası Donbasa doğru gedən Rusiya hərbi karvanlarının görüntülərini yayımlayıb.