Rusiyanın Yekaterinburq şəhərində kişi bıçaqlı hücum həyata keçirib. Hadisə nəticəsində üç nəfər həlak olub.
Bu barədə “Forpost” xəbər yayıb.
Polis cinayətkarı saxlamaq istəyərkən o müqavimət göstərib, nəticədə hüquq mühafizəçisi ona atəş açıb. Sinəsindən yaralanan şübhəli əməliyyat olunub.
Hazırda o, xəstəxanadadır.
Hadisə ilə bağlı cinayət işi açılıb.