Dünyada ilk dəfə olaraq heyvanlara koronavirusa əleyhinə vaksin vurulmasına başlanılıb.
APress.az Unikal.org-a istinadən xəbər verir ki, ilk vaksinasiya prosesi Rusiyada qeydə alınıb. Bu barədə “Rosselxoznadzor” rəhbərinin müavini Konstantin Savenkov açıqlayıb. Peyvəndə “Karnivak-Kov” adı verilib.
Savenkovun sözlərinə görə, vaksin “Rosselxoznadzor”a tabe olan “Federal Heyvan Sağlamlığı Mərkəzi” tərəfindən yaradılıb. O, “Karnivak-Kov”un heyvanlar üçün COVID-19-a qarşı dünyada ilk və yeganə profilaktik dərman olduğunu vurğulayıb.