Rusiyada son bir gündə daha 8 792 nəfərə COVID-19 diaqnozu qoyulub.
APress.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 4 563 056 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 400 nəfər artaraq 99 633-ə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 4 186 251 pasiyent sağalıb.
Report