Rusiyadan ABŞ-a qarşı yeni SANKSİYA SİQNALIbackend
Dünya
295

Rusiyadan ABŞ-a qarşı yeni SANKSİYA SİQNALI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin rəhbəri Dmitri Biriçevski, Vaşinqtonun addımına cavab olaraq, Rusiyanın ABŞ-a qarşı iqtisadiyyat sahəsində sanksiya tətbiq olunma ehtimalını araşdırdığını bildirib.
APress.az Sputnik-ə istinadən xəbər verir ki, Rusiya tərəfi öz şirkətlərinə ziyan vurmaq istəmədiyini qeyd edib:
“Diplomatik sahədə atılan addımlar məlumdur, iqtisadi sahədəki sanksiyalardan söz düşəndə ​​burada vacib olan öz istehsalçılarımıza və şirkətlərimizə zərər verməməkdir. Düşünürəm ki, qarşılıqlı fəaliyyətimizi əməkdaşlıq üçün imkan olduğu nöqtələrdə davam etdirməliyik. Qarşı tərəf də bu fikirdədir. Qərblə bizim üçün faydalı olan sahələrdə əməkdaşlıq edəcəyik”, – deyə Biriçevski bildirib.
Qeyd edək ki, ABŞ aprel ayında Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Bu sanksiyalar 32 şəxs və qurumu əhatə edir. Bundan əlavə, Vaşinqton 10 rus diplomatı ölkədən çıxaracağını açıqlayıb.