Rəsmi Moskva İsrail və Fələstin arasındakı sülh prosesi səylərini sürətləndirməyə hazırdır.
APress.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin Fələstin və İordaniya səfirləri ilə görüşündə deyib.
Səfirlər isə İsrailin fələstinliləri Qüdsün Şeyx Cərrah məhəlləsindəki evlərindən təxliyə etmələrinin və Əqsa məscidindəki qarşıdurmaların qəbuledilməz olduğunu bildiriblər.