Rusiyadan Türkiyə ETİRAFI: Qarşısını ala bilmirik!backend
Dünya
257

Rusiyadan Türkiyə ETİRAFI: Qarşısını ala bilmirik!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Dumasının millət vəkili Qennadi Onişenko Rusiya vətəndaşlarının Türkiyəyə getməsinə mane ola bilmədiklərini etiraf edib.

Publika.az xəbər verir ki, millət vəkilinin sözlərinə görə, bununla bağlı bütün maneələr nəticəsiz qalıb.

“Bizim insanlarımız hər halları ilə Türkiyəyə gedirlər. Minskə uçurlar, ordan da Kiyevə avtobusla gedirlər. Kiyevdən isə təyyarə ilə Türkiyəyə uçurlar. Budur!”

Onişenko keçən yay verdiyi açıqlamasında bildirmişdi ki, “Əlbəttə ki, Türkiyə hər kəsi maraqlandırır. Rəsmi olaraq bu ölkəyə gedə bilərsiniz, ancaq qeyri-rəsmi olaraq tövsiyə etmirəm. Ruslar bu il pandemiya səbəbi ilə kifayət qədər stress yaşadıqları üçün uçuşlar davam edəcək”.

O, ruslara Moskva bölgəsinə getməyi tövsiyə edib.